Arxeoloqlar Misirin Lüksor şəhərində eramızdan əvvəl X əsrə aid mumiya tapıblar. İspan arxeoloqları tərəfindən tapılan və bəzəkli sarkofaqda yerləşdirilən mumiya mütəxəssislərin fikrincə, çox yaxşı qorunub.
BakiPost.az xarici mətbuata istinadən xəbər verir ki, mumiya xüsusi türbədə saxlanılıb və mütəxəssislər onun eramızdan əvvəl 1075-664-cü illərə aid olduğunu bildirirlər. Türbə Qahirədən 700 km cənub tərəfdə, Nilin sahilində yerləşir.
Mumiya bir-neçə qat parça ilə sarınıb və parlaq rənglə bəzədilmiş sarkofaqa qoyulub. Mumiya mürəkkəb, əlvan, dini simvollu aksessuarlarla bəzədilib. Üzərində həm də İsid və Neftid allahının, eləcə də Qora allahının 4 oğlunun şəkilləri həkk olunub.
Lüksorda yarım milyon adam yaşayır. Rayonda coxlu türbələr və məbədlər var. Bura turistlərin ən çox gəldiyi yerlərdən biridir. Amma son vaxtlar Lüksor, eləcə də Misir bütövblükdə ərəb baharına, eləcə də terror aktlarına görə turist sarıdan korluq çəkir.