Azərbaycan prezidenti İlham Əliyev Füzuli rayonunun Horadiz şəhərində inşa edilən avtovağzal kompleksində yaradılan şəraitlə tanış olub.
Qaziler.az bildirir ki, APA-nın xəbərinə görə, dövlət başçısı avtovağzalın rəmzi açılışını bildirən lenti kəsib.Prezident İlham Əliyevə məlumat verilib ki, Füzuli Rayon İcra Hakimiyyətinin sifarişi əsasında tikilən avtovağzal kompleksinin ümumi ərazisi yarım hektardır. Müasir memarlıq üslubunda inşa olunan avtovağzal binasının tikinti sahəsi isə 450 kvadratmetrdir.
Avtovağzalda sərnişinlərin rahatlığını təmin etmək üçün 6 perron, 30 yerlik gözləmə zalı, ictimai-iaşə obyekti, həkim otağı inşa edilib.
Prezident avtovağzal binasının eyvanından Horadiz şəhərinin mənzərəsini seyr edib.