Bakıda avtoşluq edən qadın kimdir? - Açıqlama

Bakıda avtoşluq edən qadın kimdir? - Açıqlama backend

Bakının mərkəzində avtoxuliqanlıq edən xanım polis tutulub.

Qaziler.az bildirir ki, Criminal.az saytına verilən məlumata görə, polis əməkdaşı olan 30 yaşlı Esmira Zahir qızı Neymətova idarə etdiyi bahalı 10 MA 084 dövlət nömrə nişanlı Jeep markalı avtomobillə Neftçilər prospektində avtoxuliqanlıq edib.

Axar.az Kriminal.az-a istinadən xəbər verir ki, polis əməkdaşları onu saxlayaraq maşını cərimə meydançasına aparıb. Bu zaman E.Neymətova polislərə etiraz edərək yüksək vəzifəli adamların adından istifadə edərək məsuliyyətdən yayınmaq istəyib. O, polislərə hələlik adı açıqlanmayan yüksək vəzifəli polis zabitinin yaxın adamı olduğunu deyib.

Araşdırma zamanı E.Neymətovanın adından istifadə etdiyi şəxslə əlaqə saxlanılıb və o, qızı tanımadığını deyib.

Hazırda qız Səbail rayon Məhkəməsinə aparılıb. Onun barəsində tədbir görüləcək. E.Neymətova Bakıda polis işləyir. Onun hansı vəzifədə olması məlum deyil.

Səbail Rayon Dövlət Yol Polis İdarəsi rayon ərazisində qadın polis əməkdaşının avtoxuliqanlıq etdiyinə görə saxlanılması barədə məlumatlara münasibət bildirib.

İdarədən Report-a cavab olaraq bildirilib ki, 10 MA 084 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 30 yaşlı Neymətova Elmira Zahir qızı polis əməkdaşı deyil və avtoxuliqanlıq etməyib.

Məlumatda bildirilib ki, ötən gün Neftçilər prospektində E.Neymətovanın idarə etdiyi avtomobil İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.2-ci maddəsinin (Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə) tələblərini pozduğu üçün saxlanılıb. Onun avtomobili Səbail rayonunda yerləşən müvəqqəti duracağa aparılıb.

"Elmira Neymatova 60 manat məbləğində cəriməsini ödədikdən sonra avtomobilini müvəqqəti duracaqdan aparıb", - idarədən bildirilib.
Diaspora