Azərbaycan “Boeing”i Şimali İrlandiyanı mat qoydu

Azərbaycan “Boeing”i Şimali İrlandiyanı mat qoydu backend

Azərbaycan milli komandasının bu gün keçiriləcək dünya çempionatının seçmə mərhələsi oyununa Şimali İrlandiyanın Belfast şəhərinə gəldiyi “Boeing 787 Dreamliner” təyyarəsi meydan sahiblərini mat qoyub.

Virtualaz.org xəbər verir ki, Belfastda bu ultramüasir təyyarəni ilk dəfə görürlərmiş. Bundan əvvəl bu tipli təyyarə Şimali İrlandiyaya enməyibmiş.

“Azərbaycan yığmasının gəldiyi təyyarə bu ölkənin artan maddi gücünün daha bir sübutudur”, - “Sky Sport” yazıb.