Ötən ay qidadan zəhərlənənlərin sayı açıqlandı

Ötən ay qidadan zəhərlənənlərin sayı açıqlandı backend

2016-ci ilin oktyabr ayı ərzində Azərbaycanda ümumilikdə 27 qida zəhərlənməsi hadisəsi baş verib. Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzindən Lent.az-a verilən məlumata görə, qida zəhərlənməsi nəticəsində 44 nəfər zərər çəkib.


Ötən ayın nəticələrinə əsasən, ölkədə 1 botulizm hadisəsi qeydə alınıb. Nəticədə 3 nəfər zərər çəkib. Saatlıda yaşayan bir ailədə qeydə alınmış botulizm hadisəsi evdə hazırlanan pomidor tutmasından olub.

Qeyd edək ki, zəhərlənmələr zamanı ölüm faktı qeydə alınmayıb.