17 dərəcə isti olacaq

17 dərəcə isti olacaq backend

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal küləyi əsəcək.


Havanın temperaturu gecə 9-11, gündüz 14-17, Bakıda gecə 9-11, gündüz 15-17 ° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 14-17, dağlarda gecə 3-8, gündüz 12-17° isti olacaq.