Maraqlı görüntülərlə yadda qalan növbəti reyd Şəmkirdə keçirilib.
Qaziler.az xəzərxəbər-ə istinadən bildirir ki, qanunsuz yük daşıma və taksi fəaliyyəti ilə məşğul olan sürücülər aşkarlanıb.Aylardır, bəlkə də illərdir taksi fəaliyyəti ilə məşğul olub vergi ödəməyən sürüclər aşkarlanıb.
Bu azmış kimi belə sürücülər yol polisinin yazdığı cərimə protokoluna da etiraz edib.
Gündəlik olaraq yük daşıma və taksi fəaliyyəti ilə məşğul olan bu sürücülər fərqlənmə nişanı almaqdan imtina edirlər. Səbəb kimi isə ya qaydalardan xəbərsiz olduqları, ya da işə yeni başladıqlarını bəhanə gətirirlər.
Şəmkir yol polisinin 40 manat məbləğində cərimə protokolu ilə razılaşmayan əksər sürücülər alternativ yollara əl atıblar. Bəziləri qarşı tərəfə hədə qorxu da gəlib.
Sürücülərin etirazlarına baxmayaraq gün ərzində 50-ə yaxın sürücüyə inzibati protokol yazılıb.
Belə reydlər bundan sonra da davam etdiriləcək.