BP öz əməkdaşının Xəzərdə itkin düşməsi haqda

BP öz əməkdaşının Xəzərdə itkin düşməsi haqda backend

Xəzərdə "Dərinsulu Günəşli" platformasında itkin düşmüş neftçinin tapılması məqsədilə tədbirlər davam etdirilir. Bu barədə Trend-ə "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi layihəsinin əməliyyatçısı olan BP-nin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib.


Onun sözlərinə görə, itkin düşmüş neftçinin tapılması üçün bütün lazımı işlər müvafiq qurumlarla sıx əməkdaşlıqda davam etdirilir: "Bu işlər müvafiq hökumət, hüquq-mühafizə orqanları və itən neftçinin əməkdaşı olduğu podratçı şirkət tərəfindən həyata keçirilir".