Türk iş adamı Yılmaz Okuklu 9 noyabr Azərbaycan Dövlət Bayrağı günü münasibətilə Qarabağ Qaziləri Birliyinin üzvlərinə qurban əti kəsib paylayıb. Qurban əti 50 nəfər Qarabağ əliə verilib. Bu barədə QAZİLER.AZ-a Qarabağ Qaziləri Birliyindən xəbər veriblər.
Qeyd edək ki, Okuklu İnşaat uzun müddətdir ki, Azərbaycan tikinti sektorunda öz töhfəsini verməkdədir. Şirkətin prezidenti Yılmaz Okukludur. Şirkət həmişə Qarabağ qazilərinə öz dəstəyini verib. Qurban bayramı və digər bayramlarda qazilərə yardım göstərib.QAZİLER.AZ-a açıqlama verən Yılmaz Okuklu bildirib ki, onlar daim Azərbaycan xalqının, Azərbaycan dövlətinin və Qarabağ Qazilərinin yanındadırlar, Azərbaycanın haqq mübarizəsində əllərindən gələni edəcklər. Okuklu İnşaat şirkəti bir daha Azərbaycan Dövlət Bayrağı Günü münasibətilə Qarabağ Qazilərini təbrik edib, onlara can sağlığı arzulayıb.

Qarabağ Qaziləri Birliyinin sədri Etimad Əsədov da öz növbəsində Okuklu İnşaatın prezidenti Yılmaz Okukluya təşəkkür edib. Bildirib ki, Okuklu İnşaat şirkəti daim Qarabağ Qazilərinə maddi dəstək olub, bayramlarda onları yad edib. Bu da onların növbəti dəstəyidir. Buna görə Qarabağ Qaziləri Birliyinin adından minnətdarlıq bildirib.

Həmçinin, Vətən Müharibəsi Əlilləri Birliyinin sədri Firudin Məmmədov da bu xeyirxah əməlinə görə Yılmaz Okukluya təşəkkür edib.