Bütün avtobuslar dövlət bayrağı ilə bəzədildi

Bütün avtobuslar dövlət bayrağı ilə bəzədildi backend

Dövlət Bayrağı Gününün digər bayramlar içərisində xüsusi ictimai-siyasi əhəmiyyət daşıdığını, bayrağımızın dövlətimizin və xalqımızın varlığının əsas meyarı olduğunu bir daha cəmiyyətə çatdırmaq məqsədi ilə Bakı Nəqliyyat Agentliyi hər kəs tərəfindən böyük rəğbət və maraqla qarşılanan bu ənənəni əlamətdar gündə də davam etdirib.

BNA-nın İctimai Əlaqələr və Maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarovanın ATV.az-a verdiyi məlumata görə, ənənəyə uyğun olaraq 9 noyabr Dövlət Bayrağı günü paytaxtın inzibati ərazisində sərnişindaşımada istifadə edilən bütün avtobuslar dövlət bayrağı ilə bəzədilib.

Həmçinin, avtobus dayanacaqlarındakı monitorlarda və yollardakı elektron informasiya tablolarında vətənpərvərlik mövzusunda, milli dəyərlərimizi, dövlətçilik ənənələrimizi tərənnüm edən şüar və təbrik mesajları yazılıb.

Bununla yanaşı Dövlət Bayrağı Günü şəhər sakinlərində xoş ovqat yaratmaq üçün xüsusi aksiya da təşkil edilib. Aksiya çərçivəsində Bakı Nəqliyyat Agentliyinin əməkdaşları “ASAN Könüllüləri” ilə birgə ictimai nəqliyyatda sərnişinlərə "Hər evə bir bayraq" devizi altında dövlət bayrağı hədiyyə edəcək.