Azərbaycanda havanın hərarəti 20 dərəcəyə yüksələcək

Azərbaycanda havanın hərarəti 20 dərəcəyə yüksələcək backend

Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. Lent.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 14-18° isti, Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında isə əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacağı gözlənilir.