Qazaxıstanda 12 yük vaqonu relsdən çıxıb

Qazaxıstanda 12 yük vaqonu relsdən çıxıb backend

Qazaxıstanda Almatı-Otar dəmiryolu xəttində 12 yük vaqonu relsdən çıxıb. Qazaxıstan KİV xəbər verir ki, hadisə Almatının Saz dəmiryol stansiyası yaxınlığında baş verib.


Məlumata görə, vaqonların resdən çıxması nəticəsində 8 sərnişin qatarının hərəkəti təxirə salınıb.

Qəzanın başvermə səbəbini araşdırmaq üçün komissiya yaradılıb.

Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.