Qarabağ qaziləri Ümid partiyasının ofisində problemlərindən danışdılar

Qarabağ qaziləri Ümid partiyasının ofisində problemlərindən danışdılar backend

Ümid partiyasında Qarabağ əlillərin (Qazilərinin) problemləri haqqında müzakirələr keçirilib.

Ümid partiyasının qərargahında Qarabağ qazilərinin iştirakı ilə müharibə əlillərinin, şəhid ailələrinin problemlərinin həll olunması ilə bağlı dəyirmi masa keçirilib.

Dəirmi masanı Ümid partiyasının "Müharibə əlilləri və şəhid ailələri və veteranlarla iş şöbəsi"-nin müdürü Elşən Quliyev açaraq görüşün məqsədi barədə iştirakçılara məlumat verib. Sonra söz qazilərə verilib.

"Qarabağ qaziləri" birliyinin sədri Etimad Əsədov, "Azərbaycanın Milli qəhrəmanı Asim (Fred) Məhərrəmov adına inkişaf fondu"-nun sədri Ədalət Məhərrəmov və "Vətən Müharibəsi Əlilləri" birliyinin sədri Firuddin Məmmədov çıxış edərək müharibə əlilləri və şəhid ailələrinin sorğuları haqqında məlumat verdikdən sonra, Qarabağ qazisi, Ümid partiyası ali məclisinin sədri Rafail Tağızadə və partiya sədrinin müavini Səməd Hətəmov durumla bağlı düşüncələrini paylaşmış və partiyanın onların problemlərinə heç zaman diqqətsiz qalmayacağını qazilərin nəzərinə çatdırıb.

kanal13