Nazir HHQ-nın radiolokasiya sistemlərinə baxış keçirdi -FOTOLAR

Nazir HHQ-nın radiolokasiya sistemlərinə baxış keçirdi -FOTOLAR backend

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin tabeliyində olan radiotexniki hərbi hissə ərazisində yeni istifadəyə verilmiş yaşayış kompleksinin açılışında iştirak edib.

Virtualaz.org Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin rəhbərliyi ərazidəki qərargah, əsgər yataqxanası, yeməkxana, qazanxana, ərzaq anbarı, tibb məntəqəsi, sıra meydanı, eləcə də digər xidməti və inzibati otaqlara baxış keçirib.



Komanda məntəqəsində döyüş növbətçiliyinin daha yüksək səviyyədə aparılması ilə bağlı tapşırıqlarını verən nazir radiolokasiya sistemlərinə də baxış keçirib.



Hərbi qulluqçuların döyüş fəaliyyəti, sosial-məişət və xidməti şəraiti ilə maraqlanan Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə birgə nahar edib.