Ad günün mübarək, Moderator.az

Ad günün mübarək, Moderator.az backend

Bu gün Moderator.az xəbər portalının 4 yaşı tamam oldu. Sayt 2012-ci il noyabrın 2-dən fəaliyyətə başlayıb. Ötən müddət ərzində Moderator.az maraqlı materialları, fəal xəbər siyasəti ilə özünə ciddi oxucu auditoriyası toplaya bilib.

Moderator.az yeni nəfəsli bir media quruluşu olaraq dörd il müddətində təkcə Azərbaycanda deyil, ölkə xaricində yaşayan soydaşlarımız tərəfindən də izlənilən xəbər portalına çevrilə bilib.

QAZİLER.AZ kollektivi olaraq həmkarlarımızı təbrik edirik, yeni yaradıcılıq uğurları, cəmiyyətimiz və ölkəmiz üçün xeyirli xəbərlər arzulayırıq!