Azərbaycan Respublikasının Prezidenti yaninda Gənclər Fondunun maliyyə dəstəyi ilə Oğuz rayonunda “Gənclərdə vətənpərvərlik ruhunun aşılanması” adlı layihənin icrasına başlanmışdır. Layihə Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsinin fərdi şəxslər üçün olan kateqoriya üzrə qalib olmuş Həsənov Yusif Tərlan oğlu tərəfindən icra olunur, 01 oktyabr 2016-cı il tarixdən etibarən həyata keçirilir və 3 ay müddətində davam edəcəkdir. Bu barədə QAZİLER.AZ-a layihənin rəhbəri məlumat verib.
Layihənin əsas məqsədi gənclər arasındə vətənpərvərlik ideyalarını təbliğ etmək, onları işğal altında olan Azərbaycan torpaqlarının azad olunacağına inandırmaq və bu yolda mübarizəyə mənəvi baxımdan hazırlamaq, vətənimizin azadlığının və təhlükəsizliyinin hər bir gəncin öz ölkəsinə bağlılığıqdan, xalqına olan sevgisindən aslı olduğu düşüncəsini aşılamaqdır.Layihə çərçivəsində nəzərdə tutulmuş maarifləndirmə tədbirləri rayonun orta məktəblərində 11, 14, 16, 18 və 21 noyabr 2016-cı il tarixlərində keçiriləcəkdir. Təlimlər zamanı iştirakçılara papaq, köynək və layihə haqqında geniş məlumatları özündə əks etdirən müxtəlif paylama materialları paylanılacaqdır.