Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun doğum günüdür. Nazirin bu gün 55 yaşı tamam olur. Bu münasibətlə Qarabağ Qaziləri İctimai Birliyi cənab naziri təbrik edir:
"Səlim Müslümov nazir təyin ediləndən sonra Qarabağ əlillərinə, şəhid ailələrinə münasibət kökündən dəyişilib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qarabağ əlillərinə, şəhid ailələrinə, müharibə veteranlarına olan münasibətinin hədəfə çatması, prezidentin bu insanlara münasibətini nəticə olaraq ortaya qoydu. Bir çox vacib addımlar atıldı.Biz Qarabağ Qaziləri bütün bu prosesin şahidi olduq. Bu gün cənab nazir Səlim Müslümovun ad günüdür. Bu münasibətlə Səlim Müslümovu təbrik edir, ona uzun ömür, can sağlığı və işlərində müvəffəqiyyətlər arzu edirik. Arzu edirik ki, Qarabağ əlillərinə, şəhid ailələrinə və müharibə veteranlarına bundan sonra da bu şəkildə diqqət və qayğı göstərsin".