Bərdə rayonunun Cəyirli kəndində çoxuşaqlı kimi tanınan İsgəndərovlar ailəsində 14-cü körpə dünyaya gəlib.
Qaziler.az-ın məlumatına görə, ARB Aran xəbər verir ki, kənd sakini 45 yaşlı Taleh İsgəndərovla, Tünzalə İsgəndərovanın ailəsində 2 ay öncə doğulan körpəyə Günay adı verilib. Uşağın anası Tünzalə İsgəndərova bildirib ki, sonuncu övladının dünyaya gəlməsi ilə ailədə bərabərlik yaranıb.İndi ailədə 7 oğlan, 7 qız uşağı var. Ana 14-cü övladı dünyaya gəldiyinə görə çox sevinclidir.