Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın baş naziri Artur Rasizadəni “Xalqlar Dostluğu” ordeni ilə təltif edib.
RİA Novosti agentliyinin verdiyi məlumata görə, A. Lukaşenko bu barədə aprelin 7-də sərəncam imzalayıb. A. Rasizadə iki ölkə arasında ticari-iqtisadi və humanitar əlaqələrin inkişafına, möhkəmlənməsinə verdiyi əhəmiyyətli töhfələrə görə təltif olunub.Artur Rasizadə ordenlə təltif edildi

