Qarabağ əlili azadlığa buraxılmadı

Qarabağ əlili azadlığa buraxılmadı backend

Oktyabrın 31-də Bakı Apellyasiya Məhkəməsində Həsən Əhmədovun sədrliyi ilə Qarabağ müharibəsi əlili Asif Yusiflinin məhkəmə prosesi keçirilib.

Məhkəmə Asif Yusiflinin azadlığa buraxılması ilə bağlı verilən şikayətini təmin etməyib. Vəkil Fəxrəddin Mehtiyev bu qərarı hüquq, ədalət, humanizm prinsipinin pozulması adlandırıb.

Qərardan Ali Məhkəməyə şikayət veriləcək.