2015-ci ilin oktyabrında cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və bir ayağını itirən kəşfiyyatçı, baş leytenant Kamil Musəvi təltif olunub.
Qaziler.az-ın məlumatına görə, Femida.az xəbər verir ki, Respublika Veteranlar Şurasının sədri general-mayor Dadaş Rzayevin imzası ilə qazimiz, baş-leytenant Kamil Musəvi “General Həzi Aslanov” medalı ilə təltif olunub. Medal hərbçilərin iştirakı ilə cəbhə bölgəsində təqdim olunub.