Bakıda qəzalı vəziyyətdə olduğuna görə daha 9 bina söküləcək.
Bu binalar Səbail rayonu Bayıl qəsəbəsində yerləşir. Sökülən binaların yerində 10-12 mərtəbəli yeni binalar tikiləcək.Sökülməsinə qərar verilən binalar Bayıl qəsəbəsində Xanlar küçəsi 51, 16, 85, 57, 59, Qurban Abbasov küçəsində isə 58, 62, 62A ünvanlarında yerləşir. Həmin binaların sakinləri evlərində ölçmə işləri aparıldığını, ancaq onlara itraflş məlumat verilmədiyini bildirir.
Səbail rayon icra başçısının müavini Abit Əliyev bildirir ki, söküntü və yeni binanın tikilməsini özəl şirkətlə müqavilə əsasında həyata keçirəcək. Söküntü işi son ailə mənzildən çıxdıqdan sonra aparılacaq.
Sakinlərin kirayə, ordan da yeni evlərə köçürülməsi üçün də daşınma xərcləri tikinti həyata keçirən şirkət tərəfindən qarşılanacaq.