Bakıda taksi qiymətləri eyni olacaq

Bakıda taksi qiymətləri eyni olacaq backend

Heç kəsə sirr deyil ki, hazırda fərdi taksilər müştərini mənzil başına istədikləri qiymətə aparırlar. Havalar soyuyanda isə qiymətləri qaldırırlar.

Qaziler.az Xəzər Xəbər-ə istinadən bildirir ki, bunun qarşısını almaq üçün taksilərdə standart qiymət tətbiq ediləcək

Şəxsi avtomobili ilə taxsi xidməti göstərən avtomobillərdə qiymətlərin tənzimlənməsi ilə bağlı Tarif Şurasına müraciət ediləcək. Əsas səbəb fərdi taksilərdə xidmət müqabilində göstərilə qiymətlərlə bağlı yaşanan xaosdur.

Müraciət qəbul edildikdən sonra qanuni şəkildə fəaliyyət göstərən fərdi taksilərdə qiymətlər xüsusi qaydalarla tənzimlənəcək

Qiymətlərin tənzimlənməsi taksilərə fərqlənmə nişanları verildikdən sonra həyata keçiriləcək. Fərdi qaydada taxsi xidməti göstərən sürücülərin fərqlənmə nişanı alması iki ay ərzində yekunlaşacaq.

Fərdi taksilərdə standart qiymətlərin tətbiqi birmənalı qarşılanmayıb.