“Report”un 2 yaşı tamam oldu

“Report”un 2 yaşı tamam oldu backend

Bu gün "Report” İnformasiya Agentliyinin (İA) fəaliyyətə başlamasından 2 il ötür. BakıPost xəbər verir ki, "Report” İA ötən iki il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.


"Report” İnformasiya Agentliyi gündəlik bülletenlər vasitəsilə də məlumatların abunəçilərə təqdim edilməsini həyata keçirir.

"Report” İA sutka ərzində Azərbaycan dilində orta hesabla 180-190, rus dilində 110-120, ingilis dilində 50-60 xəbər buraxır.

Biz də kollektivimiz adından həmkarlarımızı təbrik edir, onlara daha böyük uğurlar arzulayırıq.