Bir söyüş, bir yumruq, bir bıçaq zərbəsi və 12 il həbs

Bir söyüş, bir yumruq, bir bıçaq zərbəsi və 12 il həbs backend

Bakıda söyüş üstündə qətl törədən şəxsə hökm oxunub. O, 12 il müddətinə azadlıqdan məhrum edilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vidadi İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qaziler.az-ın məlumatına görə, Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hokum ilə namiq Babayevi qətlə yetirməkdə təqsirləndirilən V.İbrahimov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, V.İbrahimov barəsində əvvəlcə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılmışdı. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin mərhumu qəsdən öldürmək niyyətinin olmadığı, Namiq Bayramova ehtiyatsızlıqdan bıçaqla zərbə endirdiyi müəyyən edilib. Buna görə də onun əməli Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsüf olunub.

Hökm elan olunarkən məlum olub ki, V.İbrahimov daha əvvəl də ağır cinayət əməli törədib.
Sonuncu hadisənin təfərrüatına gəlincə, V.İbrahimov mərhumu evinin qarşısında söyüş söydüyü üçün qətlə yetirib.

Hadisə Türkan qəsəbəsində baş verib. Məlumata görə, Namiq Babayev içkili halda V.İbrahimovun evinin qarşısında söyüş söyüb. V.İbrahimov ona xəbərdarlıq etməsinə baxmayaraq, içkili olan şəxs sonu da təhqir edib. Tərəflərin mübahisəsi davaya çevrilib. N.Bayramov V.İbarhimova yumruq zərbəsi endirdikdən sonra ikinci ona bir bıçaq zərbəsi endirib.

Məhkəmədə məlum olub ki, N.Bayramov qarın nahiyyəsindən bıçaq zərbəsi aldıqdan sonra xəstəxanaya getməkdən imtina edib. O, yaralı şəkildə 10 saata yaxın V.İbrahimovun yanında olub. V.İbrahimovun istəyi ilə xəstəxanaya getsələr də N.Bayramov qanitirmədən bu ilin may ayının 12-də xəstəxanada dünyasını dəyişib.