Polis Andranikin şəkli olan loqonu sökdü - YENİLƏNDİ

Polis Andranikin şəkli olan loqonu sökdü - YENİLƏNDİ backend

Bakıda Andranikin şəkli olan barda polis araşdırma aparır. Publika.az-ın əməkdaşının verdiyi məlumata görə, məsələ ilə əlaqədar post-patrul xidmətinin əməkdaşları əraziyə gəlib və barın loqosu sökülüb.

Məsələ ilə bağlı barın rəhbərliyinin ifadəsi alınır. Xatırladaq ki, Bakı şəhəri, A.Heydərov 23 ünvanında, Nərimanov Rayon Məhkəməsinin yaxınlığında (Montin qəsəbəsində) fəaliyyət göstərən "Montinburg" adlı pivə barı öz nişanına Andranikin şəklini vurub.
Fotolar "Facebook" sosial şəbəkəsində, QHT xəbər saytının baş redaktoru, tanınmış aktivist Sənan Nəcəfov tərəfindən paylaşılıb.
Nərimanov rayon İcra Hakimiyyətinin informasiya təminatı və analitik təhlil sektorunun müdiri Vəfadar Zeynalov paytaxtın “Montin” adlanan qəsəbəsində fəaliyyət göstərən "Montinburg" adlı da pivə barının loqosuna erməni cəlladı, vaxtilə türklərə qarşı qətliamlarda fəal iştirak etmiş Andranik Ozanyanın şəklinin vurulması məsələsinə münasibət bildirib.
Sektor müdiri Publika.az-a açıqlamasında məsələdən məlumatsız olduğunu söyləyib. Onun sözlərinə görə, bu cür hərəkətlər çox səhv addımdır: “Bunu kim vurubsa, çox səhv edib. Belə hərəkətlərə yol vermək olmaz. Ancaq bunu dəqiqləşdirmək lazımdır. Əgər belə hal varsa, təbii ki, İcra Hakimiyyəti bununla bağlı müvafiq addımlar atacaq. Qanından azərbaycanlı qanı axan adam belə hallara yol verməz”.
Diaspora