Azərbaycan kikboks federasiyasının prezidenti, millət vəkili Adil Əliyev rinqə çıxır.
Qaziler.az-ın məlumatına görə, Ölkə.Az xəbər verir ki, bu barədə Azərbaycan kikboks üzrə milli komandasının baş məşqçisi Çingiz Eyvazov açıqlama verib:“Adil müəllim veteranlar arasında dünya çempionu olub. O, oktyabrın 23-də baş tutacaq Dünya çempionatında veteranlar arasında döyüşəcək”.
Məlumata görə, millət vəkili bir müddətdir ciddi təlim-məşqlər keçir.