Aşıq Ədalətin vəziyyəti ağırlaşdı, ayaqları tutulub

Aşıq Ədalətin vəziyyəti ağırlaşdı, ayaqları tutulub backend

Azərbaycanın ustad aşığı Ədalət Nəsibovun səhhəti ağırlaşıb.

Qaziler.az bildirir ki, Ölkə.Az-ın məlumatına görə, sənətkarın ayaqları tutulub. Nəsibov özü saytımızın əməkdaşıyla söhbətində bunları deyib:

"Səhhətim yaxşı deyil, müalicə olunuram. Dizlərim, oynaqlarım tutulub. Həmişə bu vaxt belə problemlərim olur. Yəqin ki, bir neçə günlük müalicədən sonra başım da düzələcək, ayaqlarım da. Yeriyə bilmirəm, ancaq təbii ehtiyac olanda yeriməyə məcburam".

Xatırladaq ki, Aşıq Ədalət 1939-cu ildə Qazaxda anadan olub.