Sabah bəzi yerlərdə yağış yağacaq

Sabah bəzi yerlərdə yağış yağacaq backend

İstirahət günü Bakıda və Abşeron yarımadasında səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Qaziler.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 11-14 dərəcə isti, Bakıda gecə 8-10, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.
Azərbaycan bəzi şimal və şərq rayonlarında əsasən gecə və axşam yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-10, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.