Ağstafa şəhərində məktəb binasının əsaslı təmirinə 3 milyon manat ayrılıb

Ağstafa şəhərində məktəb binasının əsaslı təmirinə 3 milyon manat ayrılıb backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də “Ağstafa şəhərində 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Qaziler.az-ın məlumatına görə, AZƏRTAC xəbər verir ki, Ağstafa şəhərində 1320 şagird yerlik 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan Ağstafa Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.