Türkiyə və Azərbaycanın səhiyyə nazirliklərinin, Milli Onkologiya Mərkəzi və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə Avrasiya Uroonkoloji Cəmiyyətinin VI qıs konqresinin açılış mərasimi keçirilib.
Tədbirdə ATU rektoru, akademik Əhliman Əmiraslanov, səhiyyə nazirinin müavini Elsevər Ağayev, Türkiyənin səhiyyə nazirinin müavini Eyyub Gümüş, Türkiyənin Azərbaycandakı səfiri Alper Coşğun və digər qonaqlar iştirak edib. Bundan əlavə, konqresə Amerika Birləşmiş Ştatları, Avropa və Asiya ölkələrindən qonaqlar qatılıb.Açılış mərasimində çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru Әhliman Әmiraslanov bildirib ki, uroonkologiya sahəsində ən önəmli tədbirin Bakıda keçirilməsi Azərbaycan tibbi üçün önəmlidir. Tədbirdə Amerika, Avropa, Asiyadan 300-ə qədər qonağın iştirak etdiyini deyən rektor qeyd edib ki, çıxışlarda böyrək, sidik kisəsi, prostat onkoloji xəstəliklərində yeni yanaşma protokolları, endoskopik, loporoskopik, transuretrol və robotsk cərrahiyyənin yeni metod və son nailiyyətləri barədə danısılacaq.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib ki, hazırda həm urologiya, həm də onkologiyanın ən çox inkişaf edən sahəsi uroonkologiyadır. Nazir müavinin sözlərinə görə, son illərdə onkoloji xəstəliklərin müalicəsində çox böyük uğurlar əldə edilib.
Türkiyənin səhiyyə nazirinin müavini Eyyub Gümüş isə qeyd edib ki, Türkiyədə 130 min həkim var, onun 85 mini Səhiyyə Nazirliyinin xəstəxanalarında çalışır. Onun sözlərinə görə, ölkədə 1600 tibbi üzrə professor var ki, bu özü müəyyən nəticələr əldə etməyə imkan verir.