Gədəbəyə 20 sm qar yağıb

Gədəbəyə 20 sm qar yağıb backend

Qərb bölgəsində yağan yağış qarla əvəz olunub. APA TV-nin xəbərinə görə, gecədən başlayaraq Gədəbəy rayonuna qar yağır. Rayonun bütün ərazisini əhatə edən qarın hündürlüyü hazırda 15-20 sm-ə çatır. Yağıntı ağaclarda kövrək budaqların sınmasına səbəb olub. Bəzi ərazilərdə elektrik dayaqları və naqillər qırılıb. Elektrik enerjisinin bərpası istiqamətində işlər davam edir.


Gədəbəy Rayon İcra Hakimiyyətində yaradılan komissiya küçə və yolların təmizlənməsi üçün aidiyyəti təşkilatlarla birlikdə texnika və canlı qüvvənin köməyi ilə fəsadların aradan qaldırır. Yağan qar yollarda nəqliyyatın hərəkətinə çətinlik törətməyib.