Qaxa ilk qar yağdı

Qaxa ilk qar yağdı backend

Qax rayonun yaşayış məntəqələrinə ilk qar yağıb. APA TV-nin məlumatına görə, son günlər ölkənin şimal-qərb bölgəsində qeyri sabit hava şəraiti hökm sürür. Oktyabrın 16-sı axşam saatlarından başlayaraq bölgəyə aramsız yağış yağır, havanın hərarəti düzənlik ərazilərdə müsbət 4 dərəcəyə, dağlıq və yüksək dağlıq ərazilərdə isə sıfır dərəcədən aşağı düşüb.


Oktyabrın 17-si axşam saat 17.00 radələrindən Qax rayonun İlisu və Sarıbaş kəndlərinə ilk qar yağmağa başlayıb. Hazırda qarın yağması davam edir. İlisuda qarın qalınlığı 1-2 sm, Sarıbaşda isə 3-5 sm təşkil edir.