“Azəriqaz” “Jurnalistlər Binası”na qaz əvəzinə hava buraxır...
Tanınmış jurnalsit, “Jurnalistlər Binası”da yaşayan Xəqani Səfəroğlu öz facebook səhifəsində onların binasına normal qaz verilmədiyini yazıb: “Azəriqaz” “Jurnalistlər Binası”na qaz əvəzinə hava buraxır...Kombi deyir “öldür yanmaram”. Heç 21-ci əsrdə də adamı belə qazlayarlar?Bir yandan dəniz havası, o yandan “Azəriqaz” havası...
Bu idarənin qazını alan kəs tapılacaq?
Neyləyək? Həzrət Abbasa məktub yazaq??”
X.Səfəroğlunun statusuna digər sakinlər də şərhlər yazaraq onun haqlı olduğunu bildiriblər.
Digər sakin-jurnalist Rey Kərimoğlu isə belə yazıb:
“Jurnalistlərin binasında qazla bağlı il boyu belədir ey! Sadəcə, biabırçılıqdır!”