Siyavuş Novruzov: Qarabağda olmayan şəxs cibində vəsiqə gəzdirir “Bu gün Qarabağda olmayan şəxs cibində vəsiqə gəzdirir, ancaq orada canını qoyan insanlar bu gün də veteran statusunu ala bilmirlər”.
Qaziler.az-ın məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında deyib.S.Novruzov bildirib ki, Azərbaycanda hərc-mərclik dövründə xeyli adama veteran vəsiqəsi verilib, amma haqqı olanlar bu vəsiqəni ala bilməyiblər.
S.Novruzov qeyd edib ki, rəhbəri olduğu komitəyə bununla bağlı bir sıra müraciətlər var: “Həmin müraciətlər Əfqanıstan, Qarabağ döyüşlərində iştirak etmiş şəxslərlə bağlıdır. Azərbaycanda hərc-mərclik dövründə dövlətimizin bütövlüyü uğrunda döyüşən şəxs döyüşlərdə iştirakı ilə bağlı veteran vəsiqəsini ala bilməyib. Ancaq döyüş bölgəsini tanımayan şəxs cibində veteran vəsiqəsi gəzdirir. Bu şəxslər də hara da gəldi veteran vəsiqəsindən isitfadə edirlər. Odur ki, çalışmalıyıq ki, haqqı olanlar haqlarını alsınlar”.