Teleməkanda ilk dəfə

Teleməkanda ilk dəfə backend

Region TV efir məkanında ilk olan “Biz Birik” layihəsini təqdim ediləcək. Layihəyə “Hekayələrimiz ayrı olsa da Biz Birik” şüarı ilə start verilir.

“Biz Birik” layihənin mətbuat əlaqələndiricisi Fuad Rəsul AZƏRTAC-a bildirib ki, teleməkanda ilk dəfə olaraq aparıcı Amid Həsənquliyev əlil arabasında tamaşaçıların qarşısına çıxacaq. Layihənin əsas məqsədi əlilliyi olan insanların uğur hekayəsini təqdim etməkdir. O insanların ki, həyatda qarşılaşdıqları çətinliklərə, maneələrə baxmayaraq, yorulmadan, dayanmadan, əzmlə, iradə ilə zirvəyə doğru addımlayırlar.

“Biz Birik” layihəsinin qəhrəmanlarından biri ikiqat paralimpiya çempionu İlham Zəkiyevdir.
Diaspora