Kassalarda bilet satışı dayandırılacaq - Açıqlama

Kassalarda bilet satışı dayandırılacaq - Açıqlama backend

Gələcəkdə kassalardan biletlərin satışı aradan qaldırılacaq.

Axar.az xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

O bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC gələcəkdə biletlərin satışını iki üsulla həyata keçirəcək. Satışlar onlayn və “ASAN xidmət” vasitəsilə baş tutacaq. Bundan sonra kassaların qarşısında növbədə gözləməyə ehtiyac qalmayacaq.