Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Nəvaz Şərif oktyabrın 13-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. AzərTAc xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Pakistanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərifi hava limanında Azərbaycan Respublikası baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.
* * *11:15
Bu gün Pakistanın baş naziri Nəvaz Şərifin Azərbaycana səfəri başlayır.
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilən səfər 3 gün davam edəcək.
N. Şərifi yüksək səviyyəli nümayəndə heyəti müşayiət edir. Səfərdə məqsəd ikitərəfli münasibətləri dərinləşdirməkdir. N. Şərif Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə və digər rəsmi şəxslərlə görüşəcək.