Məcburi köçkünlərin yaşadığı binada yanğın

Məcburi köçkünlərin yaşadığı binada yanğın backend

Bərdə şəhərində üçmərtəbəli Xalçaçılıq fabrikinin 2-ci mərtəbəsində yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin mərtəbədə məcburi köçkünlər məskunlaşıb.

Ümumi sahəsi 44 kv.m olan iki otağın taxtadan ibarət arakəsməsi 12 kv.m, pəncərə çərçivəsi 1,5 kv.m və ev əşyaları 20 kv.m sahədə yanıb. Hadisə zamanı yüksək temperaturdan ümumi sahəsi 15 kv.m olan ümumi dəhlizin lambirdən ibarət divar üzlüyü 8 kv.m sahədə əriyib.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 4 nəfər bina sakini təxliyə edilib. Otağın və dəhlizin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Diaspora