Bu gün Pakistanın baş naziri Nəvaz Şərifin Azərbaycana səfəri başlayır.
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilən səfər 3 gün davam edəcək.N. Şərifi yüksək səviyyəli nümayəndə heyəti müşayiət edir. Səfərdə məqsəd ikitərəfli münasibətləri dərinləşdirməkdir. N. Şərif Azərbaycan prezidenti ilham Əliyev, baş nazir Artur Rasizadə və digər rəsmi şəxslərlə görüşəcək.