Çörəyə haram qatanlar aşkarlandı - RAYONLARDA

Çörəyə haram qatanlar aşkarlandı - RAYONLARDA backend

Zaqatala və Balakən rayonlarında yerləşən bir neçə müəssisədə nöqsanlar aşkar edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən Zaqatala rayonunda fiziki şəxs Xədicə Balayevaya məxsus çörək sexində və Balakən rayonunda fiziki şəxs Tamara Muqumayevaya məxsus şirniyyat sexində yoxlama aparılıb.
Araşdırma zamanı məlum olub ki, hər iki müəssisədə istehsal standartlara uyğun aparılmır. Belə ki, istehsal heç bir texnoloji təlimat və reseptura olmadan həyata keçirilir. İstifadə olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlamasından keçməyib, məhsulların markalanması, saxlanma və daşınması düzgün aparılmır. Həmçinin məhsullar qanunvericiliyin tələblərinə əsasən sertifikatlaşmalı olduğu halda, onların uyğunluq sertifikatları mövcud deyildir.
Aşkar olunmuş nöqsanlarla bağlı hər iki müəssisəyə xəbərdarlıq olunub, nöqsanların aradan qaldırılması ilə bağlı vaxt verilib.
Diaspora