Heydər Əliyev prospektinin Böyükşor qovşağından Heydər Əliyev Mərkizinin qarşısına qədər olan hissəsində işlər sürətlə davam etdirilir. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Lent.az-a verilən məlumata görə, təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatının götürülərək yenisi ilə əvəzlənməsi, səki daşlarının dəyişdirilməsi, ayrıcı zolağa tamet daşının döşənməsi və s. işlər aparılır.
Tezliklə görülən işlər nəticəsində prospekt yeni görkəm alacaq.Bakının ən böyük prospekti təmir edilir

