Boşandız qurtardı, bəs aliment?

Boşandız qurtardı, bəs aliment? backend

Boşanan ailələrdə aliment "davası" bitmək bilmir. Bəzən kişi və ya qadın tərəf aliment ödəməkdən yayınır. Bir sıra hallarda isə icraçılar da bu işə dolayısı ilə vasitəçilik edirlər. Qanunvercilikdə necədir. Aliment necə təyin olunur, onun ödənilməsi necə həyata keçirilir?

Qaziler.az xəbər verir ki, Bununla bağlı hüquqşünas Nurlanə Quliyeva adalet.az-ın soğrusunu cavablandırıb:

“Ailələr boşanma iddiası qaldıraraq nigahı ləgv eləyəndə azyaşlı uşaq varsa uşaqların hansı valideynin himayəsində qalması məhkəmə tərəfindən müəyyənləşər. Bundan sonra əgər tərəflərdən hansısa aliment iddiası qaldırıbsa uşaqı saxlayan tərəf yox, qarşı tərəf uşaq 18 yaşı tamam olana qədər aliment ödəməlidir.Yəni uşaq atada qalanda ana, anada qalanda ata aliment odəməlidir. Məkəmə qərarıyla alimentin miqdarı müəyyənləşdikdən sonra iş yönəldilər icra şöbəsinə.Təbii ki alimenti ödəyən tərəf qanun vericiliyə uyğun şəkildə hər ay məhkəmə qərarıyla nəzərdə tutulan alimenti ödəməlidir. Əgər bunu ödəməkdən boyun qaçırarsa bu işə nəzarət eləyən muvafiq icra məmuru icara haqqında qanunu pozduğuna görə həmin şəxsə ilkin etapda inzibati qaydada cəza, daha sonra əgər davamlı icra etməzsə CM nin 306 cı maddəsiylə cinayər işi acılması üçün tıqimat verə bilər”,

-Alimentin məbləği necə təyin olunur?


- Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludur. Qanunun 78-ci maddəsi uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulması qaydasını müəyyənləşdirir. Həmin maddəyə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

-Siz burda xanımların alment ödədiyini deyirsiniz təcrübədə bu varmı?


-Əlbəttə var. Qanunvericilikdə atanının aliment verməsi olduğu kimi ana da aliment verə bilər. Bu, boaşanmadan sonra övladın kiminlə yaşaması ilə bağlı bir məsələdir. Əksər hallarda övlad ana ilə qaldığı üçün biz daha çox kişilərin alimentə cəlb olunduğunu görürük.

- Bir də alment ödəməyən validenylə bağlı məhkəmə icraçılarına nə kimi huquqi is qaldırmaq olar?

-Əgər işin icasını aparan hər hansı bir məmur yalnış addıma yol verirsə və ya işbazlıq edirsə onunla bağlı Ədliyyə Nazirliyinin icra məmurlarına nəzarət idarəsi var ki, ora müraciət edə bilərlər.