Bakıda avtomobildən meyidləri tapılan cütlüyün adları məlum oldu

Bakıda avtomobildən meyidləri tapılan cütlüyün adları məlum oldu backend

Bakıda avtomobildə meyitləri tapılan oğlanla qızın kimliyi məlum olub.

Qaziler.az APA-ya istinadən xəbər verir ki, onlar 1991-ci il təvəllüdlü Kamal İlham oğlu Alışov və 1994-cü il təvəllüdlü Zülfiyyə Faiq qızı Yusifzadədir.

Hər iki şəxsin meyiti müayinə edildikdən sonra yaxınlarına təhvil verilib.

Məlumata görə, itkin düşdüyü bildirilən 20-25 yaşlı qız və oğlanın meyiti Yasamal rayonu, Tbilisi prospektində yerləşən qarajda avtomobildə tapılıb.