Tarixçilərin söz savaşı: “Sənin müalicəyə ehtiyacın vardır“

Tarixçilərin söz savaşı: “Sənin müalicəyə ehtiyacın vardır“ backend

AMEA-nın aparıcı elmi işçisi Dilavər Əzimli və millət vəkili Fazil Mustafa arasında "söz davası" qızışır.

Fazil Mustafanın "Facebook" sosial şəbəkəsindəki hesabında Dilavər Əzimliyə müraciətən yazdığı statusa:
"Bunu tarixçi alim kimi özünü tanıdan birisi bəndənizə müraciətində yazır: "Bu mənim tanıdığım Fazil deyildir!!! Görəsən bu adam güzgüyə baxırmı? Güzgüyə baxsa, görəcəkdir ki, oradan 1988-1993-cü ilin Fazili deyil, ayrı Fazil baxır! Səndən fərqli olaraq Fazli bəy, mən dəyişmədim! Bu gün də fəxrlə güzgüyə baxıram və eyni adamı görürüəm. Bu gün də çiynimdə çanta şərəflə addım atıram. Mən ildən-ilə dəyişmirəm...Adım da həmin addır, soyadım da... Məzhəbim də həmin məzhəbdir, dinim də islam dinidir."
Buradan mənim kimi hər detala diqqət yetirən adam mütləq bir neçə sual çıxarmalıdır.
1. Dəyişməyi görmək üçün güzgüyə baxılır, yoxsa fikirlərə?
2. 30 ildir fikirlərində heç nəyi dəyişməyən adamın ODUNdan fərqi nədir?
3. Müsəlman üçün din öncə gəlir, yoxsa dinin içindəki başqa tanıtımlar?
Bu əslində bütün qalstuklu, qalstuksuz, zəncirli-zəncirsiz, bütün dəyişməyən, yeniləşməyən, 30-40 il öncə əzbərlədiynə təkrar tənqidi gözlə yanaşmayan insanların ümumiləşmiş baxışlarıdır.
Bəzən məni haqlı olaraq qınayanlar olur ki, verdiyin cavablar çox sərt olur və etik çərçivəni aşır. Xaraktercə söyüş söyməyi və jarqonla danışmağı sevmirəm. Ancaq sosial şəbəkədəki münasibətlər canlı ünsiyyət saxladığın insan münasibətlərindən çox-çox fərqlidir. Adamların çoxusu özlərini deyil, yoluxduqları ideoloji canahları təmsil edirlər. Sənin də nə yazdığını oxuyub təhlil etmədən, ancaq qəbul etməməyə, söyməyə, böhtan atmağa təlimatlanmış olurlar. İndi bu yuxarıdakı görüşlərin müəllifinə nə ad verməyi sizlərə buraxıram. Bizim üçün də rahat olar ki, xəstəyə laqeyd yanaşan həkim kimi, hər şey yaxşıdır deyib başımızı qataq. Ancaq bir borc var axı...O borcu biz Seyyid Əzimdəm, Sabirdən, Mirzə Cəlildən, Rəsulzadədən mənimsəmişik, öyrənmişik. Əzbərlənən, təkrarlanan yalan mətnləri bu millətin yaddaşından yavaş-yavaş çıxarmaqlıyıq. Həqiqətlər damla-damla da olsa insanlara təlqin edilməlidir. Antipatiya da, nifrət də qazana bilərik, ancaq beş il sonra, on il sonra əminəm ki, utanc hissi keçirmyəcəyik. Çünki deməyə sözümüz budur ki, biz nadanlığın, xurafatın, cəhalətin qarşısında ağlımızla, iradəmizlə durmağa çalışdıq. Bu hər bir vicdanlı müasirimiz üçün zəruri seçimdir. Xalqımızı məhz bu duruşumuz və anlayışımız doğru istiqamətə apara bilər"
Dilavər Əzimli belə cavab verib:
Fazil Mustafa məni odun adlandırır. Bu özünü millət vəkili adlandıran birinin əxlaqını ortaya qoyur. Əslində, odun sənin kimilərdir. Çünki hər il bir dona girirsən. Mən dəyişmisən deyəndə bunu nəzərdə tuturam: millətçi, nurçu, liberal, nə bilim nə....Doğrudan da biz dəyişmədik. Dəyişsəydik sənin kimi olardıq....Mənə elə gəlir ki, sənin müalicəyə ehtiyacın vardır. Bir zamanlar sənin kimilər çox olubdur. Sənin kimilər gündəmdə qalmaq üçün nəyə desən gedirsiniz...Elə bilirsən ki, “dahisən!”. Sənə verilən ada fikir ver:”hərşeyşünas”... Bu çox şeyi deyir!!! Bəli, sən həmin Fazil deyilsən!!! Buna inkişafmı deyirsən? Şiələrə siğədən əmələ gələnlər, nurçuların məktəbləri bağlananda sinəni cırmaq, Azərbaycan dövlətçiliyinin 1918-ci ildən başladığını yazmaq inkişafdırmı? Məhəmməd Əminin adında sui-istifadə etmək inkişafdırmı? Sənə məsləhət görürəm ki, yolunla get. Mənim adımı tutma!!! Ən azı bir yerdə mübarizə aparmışıq.... Bu millət sənin də kim olduğunu, mənim də kim olduğumu yaxşı bilir....Biz daima əxlaqa, mənəviyyata böyük önəm vermişik! Xəyanəti yaxın buraxmamaışıq! Mən dəyişmək deyəndə bunları nəzərdə tutmuşam! Bunu da yaxşı bilirsən!!!Fazil Mustafa məni odun adlandırır. Bu özünü millət vəkili adlandıran birinin əxlaqını ortaya qoyur. Əslində, odun sənin kimilərdir. Çünki hər il bir dona girirsən. Mən dəyişmisən deyəndə bunu nəzərdə tuturam: millətçi, nurçu, liberal, nə bilim nə....Doğrudan da biz dəyişmədik. Dəyişsəydik sənin kimi olardıq....Mənə elə gəlir ki, sənin müalicəyə ehtiyacın vardır. Bir zamanlar sənin kimilər çox olubdur. Sənin kimilər gündəmdə qalmaq üçün nəyə desən gedirsiniz...Elə bilirsən ki, “dahisən!”. Sənə verilən ada fikir ver:”hərşeyşünas”... Bu çox şeyi deyir!!! Bəli, sən həmin Fazil deyilsən!!! Buna inkişafmı deyirsən? Şiələrə siğədən əmələ gələnlər, nurçuların məktəbləri bağlananda sinəni cırmaq, Azərbaycan dövlətçiliyinin 1918-ci ildən başladığını yazmaq inkişafdırmı? Məhəmməd Əminin adında sui-istifadə etmək inkişafdırmı? Sənə məsləhət görürəm ki, yolunla get. Mənim adımı tutma!!! Ən azı bir yerdə mübarizə aparmışıq.... Bu millət sənin də kim olduğunu, mənim də kim olduğumu yaxşı bilir....Biz daima əxlaqa, mənəviyyata böyük önəm vermişik! Xəyanəti yaxın buraxmamaışıq! Mən dəyişmək deyəndə bunları nəzərdə tutmuşam! Bunu da yaxşı bilirsən!!!