Qaziler.az saytı xəbər verir ki, fevralın 2-də saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanlıların soyqırımı: XX əsrin insanlığa qarşı cinayətidir” mövzusunda konfrans keçiriləcək. Tədbirin təşkilatçıları Azərbaycan Mətbuat Şurası, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Milli QHT Forumudur.
Konfransda sözügedən qurumların rəhbər şəxsləri, kütləvi informasiya vasitələrinin baş redaktorları, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, elm xadimləri ilə yanaşı, insan haqları müdafiəçisi, Moldova ombudsmanı Aureliya Qriqoriyu da iştirak edəcək.