Tarix çox çətin elmdir. Bunu tarixlə ciddi məşğul olan tarixçilər çox gözəl anlayırlar.
Dilavər ƏzimliTarix çox çətin elmdir. Bunu tarixlə ciddi məşğul olan tarixçilər çox gözəl anlayırlar. Məsələ ondadır ki, həqiqəti ortaya qoymaq üçün tarixçi illərlə araşdırmalar aparmalıdır. Onda tarixi baza olmasa, heç bir nəticə əldə edə bilməyəcəkdir. Çünki tarixi məntiq olmasa, nəyəsə nail olmaq mümkün deyildir. Təəssüf ki, bu gün ölkəmizdə minlərlə həvəskar "tarixçilər” peyda olubdur və xalqa "tarix dərsi” keçirlər...
Bu tarixdən bixəbərlərin çlzma-qaralarına diqqət yetirsək, görərik ki, onlar bu millətə tarixi öyrətmək əvəzinə, onun tarixini daha çox tənqid edirlər. Onların əsl tarixçi olmamaları da bu münasibətdən görünür. Çünki tarixçi bu gündən o günə boylanıb danışmamalı, həmin dövrə düşüb o dövrün reallıqlarından çıxış etməlidir. Təəssüf ki, anlamaq istəmirlər. Bu bədbəxtlər anlamırlar ki, tarixə hücum millətin süquqtuna səbəb ola bilər. Bu mənada gürcü mütəfəkkiri İlya Çavçavadzenin bu sözləri yada düşür: ”Millətin süquqtu o zaman başlayır ki, öz tarixini unudur. Öz tarixini unudan millət isə millət sayıla bilməz”. İbn Xəldun yazırdı ki, "Tarix bir zamana və millətə dair hadisələrin ifadəsidir. Tarix dünyadakı həyatın qaynağı hesab edilən insan cəmiyyətlərindən meydana gələn dəyişikliklərdən, yəni dövlətlərdən, insanların həyatından, cəmiyyətdə meydana gələn digər hadisələrdən bəhs edir”.
"Deputat” Fazil Mustafa tez-tez özünü filosof adlandırır və tarixlə peşəkarcasına məşğul olanları savadsız adlandırır. Bu insanda nə qədər təkəbbürlük vardır. Biz onunla paralel oxumuşuq. BDU-nun hüquq fakültəsinin bitiribdir. Mən də tarix fakültəsini bitirmişəm. Bu gün mən nə qədər hüquqdan danışa bilirəmsə, o, da o qədər tarixdən danışa bilər. Fazil bəy başa düşmür ki, iki kitab vərqələmək tarixçi olmaq demək deyil. Bunun üçün tarixi tədqiqtlar aparmalısan. Ondan ötəri isə tarixi üsulubu bilməlisən. Fransız filosofu Pyer Buast yazırdı ki, "Tarixi həqiqi yazmaq istəyən hər bir kəs özünün dini münasibətini, öz vətəndaşlığını, partiya mənsubluğunu bir tərəfə qoymalıdır”. Bu mümkündürmü?
Belə olan halda iki kitab oxumaqla tarixdən danışmaq qarğa kimi qarıldamağa bənzəyir. Fransız mütəfəkkiri Aleksis Tokvill yazırdı ki, "Tarix sanki bir rəsm qalereyasıdır. Orda originallar çox azdır, amma kopiyalar həddən artıq çoxdur”.
Fazil bəy, əsl orginalları tapmaq üçün daima tarixlə məşğul olmaq lazımdır. Dahi alman mütəfəkkiri İ.V.Höte isə yazırdı ki, "Dünya tarixini zamanından asılı olaraq yenidən yazmaq lazımdır. Bunu ona görə etmək lazım deyildir ki, zamanından asılı olaraq nəsə baş verir. Ona görə etmək lazımdır ki, zamanından asılı olaraq yeni nəzəriyyələr, baxışlar meydana gəlir və yüz illər bundan əvvəlki tarixi proseslərə münasibət dəyişir”.
Bu gün Cümhuriyyət qəhrəmanlarını əlində oyuncağa çevirən Fazil bəy bu deyimi diqqətlə oxumalıdır. Çünki böyük Məhəmməd Əmin zamanında müstəqil Azərbaycan tarixşünaslığı yox idi. Azərbaycan tarixini də qalib dövlətlər öz maraqlarından yazır və bizim tarixi qəhrəmanlara böhtan atırdılar. Fazil bəy onu da yaxşı bilir ki, insan həyatda həmişə əxlaqı və başqalarına münasibəti ilə fərqlənibdir. Əxlaq cəmiyyət üçün ən başlıca amildir. Tarix boyu yalnız əxlaqlı insanlar udubdur. Baxın, qoca tarix yalnız əxlaqlılara hörmət etmiş, qalanını isə zibilliklərin arxivinə atmışdır.
Həyatım boyu kiməsə təhqiredici söz deməkdən çəkinmişəm. Bəzən incik formada kiminsə xətrinə dəymişəmsə, həmişə üzr istəmişəm. Elə ən böyük mədəniyyət də budur. Bu gün "deputat” Fazil Mustafa böyük bir kollektivi təhqir edir və savadsız adlandırır. Bu insan anlamır ki, bu gün Tarix İnstitutunda qədim və orta əsr mənbələri tərcümə edilir. Savadsız adamlar bu mənbələri tərcümə edə bilərmi? Bu gün Tarix İnstitutunda əməkdaşların ortaya qoyduğu kitablar ən azı səkkiz dildə nəşr olunur. Latın Amerikasında belə yayımlanır. Görəsən, Fazil bəyin kitablarını Biləcəridən o yana tanıyan varmı?
Bu gün Fazil bəy bütün etik normalarını pozur. Bu insan əvvəlcə mənə münasibətdə bu qaydaları pozmuşdu. İndi də bütün institut alimlərini təhqirə keçdi. Məsələnin kökündə dayanan nədir? Mənə elə gəlir ki, bunu çox gözəl anlayır. Bu adam yaxşı başa düşür ki, uduzubdur və onu da yaxşı başa düşür ki, tarix onluq deyildir. Amma onu başa düşmür ki, bizim Fazil problemimiz yoxdur. Bizim problemimiz onun üstünə getdiyi milli hədəflərimizi qorumaqdır. Bu gün milli hədəflərimiz istər xaricdən, istərsə də daxildən eyni vaxtda hücuma məruz qalır. Bunların məqsədi bəllidir: Azərbaycanda özlərinə sərf edən bir toplum formalaşdırmaq. Bundan ötəri nəyə desən gedərlər. Dünyada elə bir millət göstərin ki, öz tarixinin şərəfli səhifəsini təftiş etsin, tarixi qəhrəmanlarını təhqir etsin. Bizdə isə nə qədər desən var.... Bunlar bunu təbii ki, təkcə savadsızlıqdan etmirlər. Bunlar xidmət edirlər!!! Bu xidmət müqabilində özlərinin inkişaf yollarını da müəyyənləşdirirlər. Bu xidmət bizim dövlətçiliyimizə qarşı olanların mövqeyi ilə tam üst-üstə düşür: Tarixdə Azərbaycan dövlətçiliyi olmayıbdır. Azərbaycan adlı dövlətçilik 1918-dən bu yana yaranıbdır. Bəyəm bu ermənilərin mövqeyi ilə üst-üstə düşmürmü? Bu gün özlərini dindar adlanan bu kəsim başqalrının dini inacını da təhqir edir. Məzhəb ayrılığı salaraq, həm sünnilərə, həm də şiələrə qarşı təxribatlar törədirlər. Buna misal şiələrə siğədən əmələ gələnlər deyimidir. Sizcə hansı sünni məzhəb bu sözü işlədər? Təbii ki, heç biri...Buna yalnız bir ad vermək olar: İslam dinində məzhəb davası salanlar... Bununla da həm də Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına mane olmağa çalışırlar. Belə deyilsə, nəyə görə onlar Səfəvi-Osmanlı münasibətlərini gözə soxular? Nəyə görə ağqoyunlu Həsən padişah Sultan Məhəmməd Fateh rəqabətindən və baş verən müharibədən söz açmırlar? Yaxud Əmir Teymur-İldırım Bəyazid savaşına toxunmurlar. Eləcə də Osmanlı-Məmlük toqquşmasından söhbət açmırlar? Yapışıblar "Çaldıran” savaşından əl çəkmirlər. Elə səfəvilərin zamanında bu savaşdan daha ağır savaşlar olubdur. Amma "Çaldıran”...
Məslə ondadır ki, dünya tarixşünaslığı bu savaşı istər bizlərə, istərsə də qardaş Türkiyə ictimaiyyətinə elə sırıyıbdır ki, hələ də ayıla bilmirik və dərhal məzhəb məsələsinə girişirik. Bunu da istər xarici, istərsə də daxili düşmənlərimiz yaxşı anlayırlar. Bu mənada hesab edirəm ki, Fazil bəy də bunu anlayır. Belə olmasaydı, son statusunda bizi təhqir etməzdi. Bizimkilər ona elmi cavab verib, polemikaya çağırdılar. O, da öz mədəniyyətini göstərdi. Hamını təhqir etdi. Bu adam bizləri savadsız adlanıdırır. Görəsən o, həmin yazılardakı sitatları oxudumu? Onda belə çıxır ki, dünyanın bütün orta əsr tarixçiləri savadsızdır. Bircə savadlı Fazil Mustafadır. Bu ya dəlilikdir, ya da ki....
Fazil bəy məni "şaxsey-vaxsey” də ittiham edir.... Fazil bəy insanın əzizi öləndə şaxsey-vaxsey edir. Mənim üçün də ən əziz İmam Hüseyndir! Onun necə bir qəhrəman, əqidəli insan olduğunu hamı bilir. Amma "Kərbəla” faciəsində körpə uşaqlar da at ayaqlarının altında qalmışdı. İnsanlığa yaraşmayan hərəkətlər baş vermişdi. Bu səhnə adamı istər-istəməz ağladır. Səni bilmirəm, mənim gözümdə "Xocalı faciəsi” canlanır və istər-istəməz ağlayıram....Bəs sən??? Sən bu hala düşürsənmi?
Düşünürdüm ki, Fazil bəy ona verilən tutarlı tarixi faktlardan sonra özünə gələcək və haqq yoluna qayıdacaqdır. Nə olar ki, Fətöçu olmusan, tövbə üçün hər zaman imkan vardır... Amma bunu etmədi... Çünki çox dəyişibdir.... Bu mənim tanıdığım Fazil deyildir!!! Görəsən bu adam güzgüyə baxırmı? Güzgüyə baxsa, görəcəkdir ki, oradan 1988-1993-cü ilin Fazili deyil, ayrı Fazil baxır! Səndən fərqli olaraq Fazli bəy, mən dəyişmədim! Bu gün də fəxrlə güzgüyə baxıram və eyni adamı görürüəm. Bu gün də çiynimdə çanta şərəflə addım atıram. Mən ildən-ilə dəyişmirəm...Adım da həmin addır, soyadım da... Məzhəbim də həmin məzhəbdir, dinim də islam dinidir. Sonda məsləhət görərdim ki, sözlərinə sərhəd qoyasan! Axı sən "deputatsan”... Həm də bu sözləri sosial şəbəkədə paylaşırsan. Onun isə minlərlə oxucusu vardır. Biz cəhənnəm, xaricdə sənin haqqında nə düşünərlər... Deyəcəklər ki, "deputat”ı, partiya sədri belə olan bir millətin gör partiyadaşları nə gündədir! Bu mənada səbrini bas! Həqiqəti etiraf et! Bilirsən kimlər təhqir edir? Həmişə haqlı olmayanlar...Amma həqiqəti etiraf etmək daha yaxşı olardı....
Miq.az