Gələn il baş verəcək Ay və Günəş tutulmalarının vaxtı açıqlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya açıqlamasında deyib ki, 2016-cı ildə 4 tutulma hadisəsi – 2 Ay, 2 Günəş tutulması baş verəcək.
İlk Ay tutulması martın 23-də, növbəti Ay tutulması isə sentyabrın 16-da olacaq. Hər iki hadisə zəif kölgə daxilində olduğuna görə adi gözlə görünməyəcək. Gələn il ilk Günəş tutulması martın 9-na təsadüf edəcək. Növbəti Günəş tutulması isə sentyabrın 1-də baş verəcək. X. Mikayılov qeyd edib ki, gələn il qeydə alınacaq 2 Ay, 2 Günəş tutulmasının heç biri Azərbaycandan müşahidə edilməyəcək.Gələn il iki Ay, iki Günəş tutulması baş verəcək

