Son dövrlərdə yerli startapların yaranmasında bir sıra problemlər müşahidə olunur. Belə ki, startap layihəsi yaratmaq istəyən gənclər bu sahəyə investorların kifayət qədər maliyyə ayırmamasından və peşəkar startapçıların təcrübələrini gənclərlər bölüşmədiklərindən şikayətlənirlər.
Bütün bunları nəzərə alaraq Startap Picnic aprelin 17-18-i Qafqaz Texnoparkında tədbir həyata keçirəcək. Tədbirdə startap yartamaq istəyən və artıq bu sahədə uğurları, təcrübələri olan startapçıların bir araya gəlməsi təşkil ediləcək.Startap Picnic gənclərə ideyalarını təqdim etməsi üçün imkan yaradır.
Tədbirə qoşulan startapçılar üçün yarış da keçiriləcək. Gənclər öz ideyaları və ya başqa bir ideyanın komandasına daxil olaraq yarışa başlayacaqlar. Yarış müddətində mentorların dəstəyi və bəzi lazımlı seminarların da təşkil olunacağı gözlənilir. Qalibləri isə qiymətli hədiyyələr, yarışmada qalib olan komandanın kapitanına İstanbulda keçiriləcək "Girişim Savaşçısı" programına dəvət gözlənilir.
Tədbirdə QU Technoparkın direktoru İsa Qasımov, kitabdunyasi.com-un qurucusu Əyyub Hüseynzadə, TOR Agency-nin direktoru Toğrul Səməd, Alkreditin təsisçisi Elşad Yusifli , Chamadan Coffee House-un rəhbəri Nigar Mövsümlü uğurlu startapların fəaliyyət istiqamətləri, bu layihələrin sona qədər davamlı olması və startapların inkişaf mərhələləri ilə bağlı tədbirdə çıxış edəcəklər.
Həmçinin, Startap Picnic-də Vahid Qasımovun təqdimatında “Startap Necə Qurulmalıdır?” seminarı da təşkil olunacaq.