Ərturqut Əliyev: “Bu ilin sentyabrında toyum olacaq”.
“Artıq 9 aydır ki, Fövqəladə Hallar Nazirliyində çalışıram. Burdakı işimdən məmnunam”. Bunu Modern.az saytına açıqlamasında mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev deyib.Ərturqut Əliyevin sözlərinə görə, müxalifət nümayəndələri onunla əlaqə saxlamır.
“İşə düzələndən və nişanlanandan bəri mənimlə heç kəs əlaqə saxlamır. Tanıdığımız insanların heç biri, o cümlədən müxalifət nümayəndələri mənə telefon zəngi belə, açmayıb. Başımı aşağı salıb işimlə məşğulam. Heç kimdən də xüsusi kömək və telefon zəngi gözləmirəm”.
Ərturqut Əliyev toyunun nə vaxt olacağı ilə bağlı da açıqlama verib.
“Artıq işlədiyimə görə toyumun tez bir vaxtda olmasını da istəyirəm. İnşallah, bu ilin sentyabrında toyum olacaq”.